Nida Xəbər
ASAN xidmət: Bu vətəndaşların onlayn növbələri LƏĞV EDİLƏCƏK
Aprelin 27-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşlar tərəfindən ümumilikdə 12 458 onlayn növbə götürülüb. Bunlardan 8 827-si (71%) mərkəzlərə gələrək xidmətlərdən istifadə edib, 3 631-i (29%) növbə alıb, lakin xidmət üçün mərkəzə gəlməyib. Onlayn növbə almaqla xidmətlərdən istifadə edən vətəndaşların 3 883 nəfəri (43%) təyin olunmuş vaxtdan təxminən 2 saat öncə mərkəzə gəlib, 497 vətəndaş isə təyin olunmuş vaxtdan gec gəlib.
Bu barədə Publika.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, aparılmış təhlillər nəticəsində aşkar edilmiş hallar onu deməyə əsas verir ki, vətəndaşların təyin edilmiş vaxtlarda gəlməməsi mərkəzlərdə insanlar arasında təmasın minimallaşdırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, eləcə də digər vətəndaşların xidmətlərdən rahat istifadə etməsi və növbə götürməsi üçün çətinliklər yaradır.
Qeyd olunanları nəzərə alaraq vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qəbulu ilə bağlı qaydalar diqqətə çatdırılır:
- Vətəndaşlar təyin edilmiş növbə vaxtının bitməsindən ən tezi 30 dəqiqə ərzində mərkəzdə ola bilərlər. Daha tez gələn vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar. Eyni zamanda növbə vaxtının bitməsindən ən çox 10 dəqiqə gec gələn vətəndaşların onlayn növbələri ləğv ediləcəkdir;
- Maskadan istifadə etməyən vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar;
Dövlət Agentliyi “ASAN xidmət” mobil tətbiqində növbə götürmüş, lakin hər hansı səbəbdən mərkəzə gələ bilməyən vətəndaşlardan növbədən imtina etməyi xahiş edib.
"Vətəndaşlarımıza tövsiyə olunur ki, yalnız zərurət halında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət üzrə onlayn növbə götürsünlər. Eyni zamanda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq", - məlumatda bildirilib.
Qeyd edək ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO