Baş prokuror vəzifəsinə təqdimat MM-ə daxil oldu, mayın 1-də...
Bizi izləyin

Nida Xəbər

Baş prokuror vəzifəsinə təqdimat MM-ə daxil oldu, mayın 1-də...

Cənab Prezident İlham Əliyevin Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyini irəli sürməsi ilə bağlı təqdimat bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Bu barədə Axar.az-a Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

O bildirib ki, onlayn iclasda bu məsələ yekdilliklə plenar iclasın yığıncağının müzakirəsinə tövsiyə edilib:

“Mayın 1-də plenar iclas keçiriləcək. Yəqin ki, bu məsələ orada müzakirə ediləcək və razılıq veriləcək ki, cənab Prezident Konstitusiya səlahiyyətinə uyğun olaraq onu icra etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm