İstanbul körpülərini Azərbaycan bayrağı bəzəyəcək
Bizi izləyin

Nida Xəbər

İstanbul körpülərini Azərbaycan bayrağı bəzəyəcək

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fateh Sultan Məhmət” və “Yavuz Sultan Səlim” körpüləri 28 May - Respublika günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Baş konsulluğundan məlumat verilib.

Bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.

May ayının 27-də gecə saatlarından başlayaraq, 28 mayadək davam edəcək işıqlandırma İstanbul şəhərindəki üç körpüdə eyni anda, dörd kompozisiya üzrə dəyişəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm