• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

"İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi..." - Zahid Oruc

"İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi..." - Zahid Oruc

Bir neçə gündən sonra Ermənistanda 4 günlük Aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə 1-ci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu, bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi.

Publika.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında çıxış edən İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib.

O deyib ki, Ermənistanda Aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzlarını itirdilər: "Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı vəzifələrindən getməklə yanaşı, istintaqa cəlb olundular. Xatırladaq ki, Sarkisyan və Ohanyandan başqa sabiq Xarici İşlər naziri Edvard Nalbandyan, sabiq Baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən, Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də istintaqa cəlb olundular. MDB Kollektiv Təhlükəsizliyinə 2017-də baş katib təyin olunub, bir il sonra vəzifəsindən çıxarılan Yuriy Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaq. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi?, kəşfiyyat qrupu Azərbaycan ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi?, hərbi sursat və yanacaq yetərli olubmu?, xəyanət və satqınlıq baş veribmi?, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı? və sair".

Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı Aprel müharibəsinə görə cəza tələb edir:

"Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin 4 günlük maharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmaga çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvanın bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv qurğular, Kaplan, Kasırğa və sair raket qurğularının, hansı ki, hədəfi vurma məsafəsi 120 km-dir, onun təhlükəsi haqda silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə Azərbaycan Prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi İstintaqını öz həyati mənafeləri üçün hər bir sətrini, hərəkətini izləmələdir. Bəli, gələcək - yeni aprel, may, iyun döyüşləri üçün”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR