Nida Xəbər
Tramp reytinqini bərpa etmək üçün qeyri-təbii yollardan istifadə edir - RƏY
"İrqçiliyə qarşı etiraz hərəkatı seçki ərəfəsində Trampın reytinqini aşağı salana qədər davam edəcək".
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Amerika vaxtilə irqi ayrıseçkiliyi dövlət siyasəti səviyyəsində həyata keçirən ölkə olub: "İkinci Dünya müharibəsindən sonra burada liberal dəyərlər üstünlük qazandı. Bütün sahələrdə irqindən, cinsindən, dərisinin rəngindən asılı olmayaraq insan haqları ön plana keçdi. Amma şüurlarda, hərəkətlərdə irqi ayrıseçkiliyin qalıqları hələ də yaşamaqdadır. Amerikada 35 milyondan artıq Afrika mənşəli insan yaşayır. Onlar Amerikanın həyatında mühüm rol oynayırlar. Eyni zamanda etiraf etmək lazımdır ki, Amerikanın kriminal dünyasında aparıcı mövqe qaradərili insanlara məxsusdur. Həmin şəxslər ölkənin iri şəhərlərində potensial "kriminal dünya"nın adamlarını təmsil edirlər. Bu səbəbdən də onlara qarşı kompleks var.
Amerikada silah satışı rahat olduğundan ABŞ polisi düşünür ki, qaradərili insan silahlıdır və istənilən halda təhlükə mənbəyi ola bilər. Son hadisələrin törədilməsində bu zehniyyətin rolu olub. Polis "dayan" əmrinə tabe olmayan qaradərilini tutub yerə yıxaraq, boğmağa başlayıb. Sanki əli silahlı biri ilə rəftar edirmiş kimi görünür. Bu hadisədən sonra Amerika qaynayır. Qaradərili insanlarla yanaşı ağdərililər də polisin bu hərəkətinə etiraz edir. Həmçinin pandemiya dövründə evə qapanan insanların bir qismi də tətbiq edilən fövqəladə rejimə narazılıqlarını bildirərək vəziyyətdən istifadə etməyə çalışırlar.
Zənnimcə, hadisələrin belə formalaşmasında Donald Trampın əleyhdarları böyük rol oynayırlar. Çünki onlar seçki ərəfəsində Trampın reytinqinə ciddi zərbə vurmaq üçün etirazların daha uzun müddət davam etməsini və ümummilli hərəkata çevrilməsini istəyirlər. Buna demək olar ki, nail ola biliblər. Onların içərisində iş adamları, oliqarxlar və s. var. Tramp iri şəhərlərə Milli Qvardiyanın nümayəndələrini göndərib. Yəni polisin bu işin öhdəsindən gələ bilməyəcəyini düşünərək bu addımı atıb. Ona görə də tez-tez qarşıdurmaların şahidi oluruq. Bütün bunlara baxmayaraq, hərəkatı səngitmək və söndürmək mümkün olmayıb. Tramp reytinqini bərpa etmək üçün qeyri-təbii yollardan istifadə edir. Yəqin ki, hadisələr bir müddət bu ssenaridə davam edəcək".
Məhərrəm
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO