“İrəvanı Ermənistana “hədiyyə” etməmək mümkün idi” - Aydın Quliyev
Bizi izləyin

Nida Xəbər

“İrəvanı Ermənistana “hədiyyə” etməmək mümkün idi” - Aydın Quliyev

“Ermənistan dövlətinin faşist-terrorçu mahiyyəti göz önündədir. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışında bu mahiyyətin ifşa edilməsi və hər kəsə nümayiş etdirilməsi üçün bunu faktlarla göstərdi. Ermənistanın dövlət siyasəti səviyyəsində terror nümayiş etdirməsini biz dəfələrlə görmüşük. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində 1999-cu ildə Ermənistan dövlət rəhbərlərinin əksəriyyətinin parlamentdə güllələnməsi və indiyədək bu məsələnin üstünün açılmaması bu ölkənin həqiqətən dövlət siyasətində xüsusilə terrora önəm verdiyinin sübutudur”.

Bunu Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O qeyd edib ki, Ermənistan terrorçu dövlət olduğunu iyirmi il bundan əvvəl də nümayiş etdirib:

“Həmin vaxta qədər bütün dünya 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanda saysız-hesabsız terror aktı törətdiyini eşitmişdi. Bunları biz dünyaya çatdırmışıq. Amma 1999-cu ildə Ermənistanın özündə baş verən həmin terror aktı bir daha sübut etdi ki, o dövlətin mahiyyətində terrorçu üsullara əsaslanmaq artıq bir taktika kimi mövcuddur. Digər tərəfdən Ermənistanın dövlət siyasətindəki faşizm prinsipləri də özünü açıq şəkildə göstərir. Xüsusilə vaxtilə Hitlerlə əməkdaşlıq etmiş Qaregin Njde kimi cəlladların heykəllərinin ucaldılması, faşist canilərinin xatirələrinin əbədiləşdirilməsi bir daha sübut etdi ki, Ermənistan faşist siyasətinə meylli bir dövlətdir. Ermənistanın bu gün dünyada apardığı siyasətin təcavüzkar mahiyyəti məhz elə onun faşizm üsullarına əsaslanmasından irəli gəlir. Bu da onların Azərbaycana qarşı təcavükar siyasət apardığını göstərən detallardır.

Ermənistanın təcavüzkarlığı onun faşist və terrorçu olmağının davamıdır. Azərbaycanın XX əsrin əvvəllərində torpaqlarının, xüsusilə də İrəvanın ölkəmizdən qoparılması ermənilərin tarix boyu torpaqlarımıza göz dikməsinin ən bariz nümunəsidir. İrəvanı Ermənistana “hədiyyə” etməmək də mümkün idi. Amma bu o vaxtlar hakimiyyətdə olan Azərbaycan Demokratik Respublikasının (ADR) yol verdiyi əsas səhvlərdən biridir. Bundan əlavə, Azərbaycanın qədim diyarı Zəngəzur da Ermənistana verildi və bununla da böyük türk dünyasında coğrafi parçalanma baş verdi. Ölkəmizin əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm