Nida Xəbər
Ağcabədi sakinləri Prezidentə minnətdarlıq edirlər - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin "Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" 4 iyun 2020-ci il tarixli Sərəncamı rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Publika.az xəbər verir ki, Ağcabədi rayon sakinləri bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi diqqət və qayğının təcəssümü kimi dəyərləndirirlər.
Ağcabədi rayonunun Avşar kənd sakini Güleyşə Quliyeva deyib: "Respublikanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur. Biz ağcabədililər dövlətimizin başçısının diqqət və qayğısını daim üzərimizdə hiss etmişik. Prezident İlham Əliyevin rayonumuza səfərindən sonra imzaladığı Sərəncamlardan biri kənd yollarının tikintisi ilə bağlıdır. Bu, biz sakinlərin böyük sevincinə səbəb olub. Çünki yol mədəniyyət, rahatlıq, iqtisadi inkişaf deməkdir. Göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentimizə rayon sakinləri adından minnətdarlığımı bildirirəm”.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi