Polis dövlətçilik sisteminin ayrılmaz tərkib hissəsidir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Polis dövlətçilik sisteminin ayrılmaz tərkib hissəsidir - ŞƏRH

“Prezidentin modul tipli xəstəxanaların açılışında etdiyi çıxış ölkədə həm səhiyyəmizin gücünün təqdimatı baxımından, həm Azərbaycanın koronavirusa qarşı özəlliklərinin təqdimatı baxımından, həm də bu modelin başqa ölkələrdən üstünlüyünün nümayiş etdirilməsi yönündən çox əhəmiyyətli oldu”.

Bunu Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor qeyd edib ki, bu çıxış Azərbaycanın koronavirusa qarşı mübarizə dövründə əldə etdiyi nəticələrin və gələcəyə hesablanan inkişaf əsaslarının təqdimatı baxımından çox önəmlidir:

“Burada Azərbaycanın koronavirusa qarşı mübarizə modelinin demək olar ki, əsas ştrixlərinin xarakteristikasını gördük. Bir daha əmin olduq ki, Azərbaycanın həqiqətən pandemiya ilə mübarizədə özünəməxsus modeli var. Ölkə pandemiya ilə mübarizə dövründə yaratdığı bu modellə həm insanların sağlamlığını, təhlükəsizliyini qoruya bildi, həm də ölkə iqtisadiyyatının daha dərin tənəzzülə uğramasının qarşısını ala bildi.

Prezident İlham Əliyevin dediyi kimi, son 5 ayda 1,5%-lik tənəzzül olsa da, ümumi şəkildə Azərbaycan iqtisadiyyatının inkişaf yönümlü bazasını qoruyub saxlamaq mümkün oldu. Cənab Prezident burada cəmiyyətin koronavirusdan qorunmasının 3 vacib şərtini göstərdi. Bunlar – sosial məsafə, maska və dezinfeksiya işləridir. Biz praktikada da görürük ki, bu 3 şərtin yerinə yetirilməsi cəmiyyətin 95%-nin xəstəlikdən qorunmasında mühüm təkan rolunu oynayır. Eyni zamanda, Prezident insanların koronavirusla mübarizədə şəxsi məsuliyyətinin nə qədər önəmli faktor olduğuna diqqət çəkdi”.

Aydın Quliyev Azərbaycan polisinin fəaliyyətini isə belə qiymətləndirib:

“Bu gün polis Azərbaycanın dövlətçilik sistemində ictimai təhlükəsizlik və asayişin müdafiə olunmasında nə qədər vacib, zəruri funksiyanı yerinə yetirdiyini yüksək səviyyədə sübut edir. Baş verən hadisələr, istər polisin fəaliyyətinin nəticələri və bu fəaliyyətə xalqın verdiyi dəstək, istərsə də ayrı-ayrı qüvvələrin polis haqqında yanlış rəy yaratmaq, ona qarşı təxribat törətmək cəhdləri bir daha sübut etdi ki, polis Azərbaycan dövlətçilik sisteminin ayrılmaz tərkib hissəsidir. Onun fəaliyyəti xalqın mənafelərindən qəti şəkildə ayrılmazdır. Bu gün polis qüvvələri Azərbaycan cəmiyyətinin mühüm funksiyasını daşıyır. Hər hansı təxribat hadisəsi polisi həm özünün funksional vəzifələrinin yerinə yetirilməsindən çəkindirə bilməz, həm də cəmiyyət və polis arasında narazılıq yarada bilməz”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm