Amil Mahmudovun anası və həyat yoldaşı dövlət başçısına minnətdarlıq etdi - VİDEO
Bizi izləyin

Nida Xəbər

Amil Mahmudovun anası və həyat yoldaşı dövlət başçısına minnətdarlıq etdi - VİDEO

İyunun 7-də Bakının Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət əşyaları atanlar sırasında saxlanılmış Amil Mahmudovun anası və həyat yoldaşı videomüraciət yayıblar.

Publika.az xəbər verir ki, videomüraciətdə bildirilib ki, hadisə baş verəndən sonra Amil Mahmudovun anası Rəfiqə Mahmudova və həyat yoldaşı Lalə Mahmudova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Amil Mahmudovun anası Rəfiqə Mahmudova oğlunun işinə ədalətli baxılmasını istəyib: "Birinci vitse-prezident Mehriban Əliyevaya ana kimi müraciət etdim ki, mənim övladımın işinə ədalətli baxılsın. Müraciətimə baxıldı və bu gün övladımla görüşdüm, vəziyyəti yaxşıdır. Mənim səsimə səs verdikləri üçün onlara minnətdaram".

Amil Mahmudovun həyat yoldaşı Lalə Mahmudova isə deyib ki, onların müraciətindən sonra məsələyə baxılıdı və dəstək göstərildi: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətimizdən sonra bizə dəstək oldular. İndi hər şey yaxşıdır, heç bir problem yoxdur. Buna görə də dövlətimizə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm".

Xatırladaq ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət tullantıları atan 11 nəfərin saxlanılma videoları yayılmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirmişdi ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm