Nida Təhlil
Vardanyanın şok “müraciəti” yayıldı: Nələri etiraf edib?
Ermənistan mediası Bakıda həbsdə olan Ruben Vardanyanın müraciətini tirajlayır.
Publika.az xəbər verir ki, Vardanyan müraciətində “heç bir sənədə imza atmadığını”, “heç bir ifadə vermədiyini” iddia edir, hətta bildirir ki, “saxlanılan vaxt təkcə adını deyib”.
Onun iddiasından belə çıxır ki, həbsdə olduğu bir ildən artıq müddətdə heç nə danışmayıb. Absurd iddiadır. Ermənistan mediasının yaydığı “müraciət”in də Vardanyana aid olmadığı və uydurulduğu aydın görünür.
1. Vardanyan Bakıda saxlanıldığı halda, belə bir müraciət etməsi mümkünsüz görünür: daha öncə də Rubenin adından müxtəlif açıqlamalar, iddialar gündəmə gətirilmişdi;
2. Vardanyanın istintaq orqanları ilə əməkdaşlıq etdiyi, bir sıra mühüm sirləri açıqladığı haqda məlumatlar var;
3. Müraciətin tamamilə uydurmadan ibarət olduğu və Rubenin adından hazırlandığı ortadadır;
Belə bir müraciətin yayılması Vardanyan da daxil olmaqla həbsdə olan digərlərinin də bu gün (17 yanvar) planlaşdırılan məhkəmə prosesi ilə bağlı erməni ictimai rəyini manipulyasiya etmək məqsədi daşıyır. Çünki məhkəmədə ifadələr ortaya çıxacaq. Məlumatlara görə, onların verdikləri ifadələr Ermənistanı dövlət olaraq çətin vəziyyətə sala bilər. Həbsdə olanların istintaq orqanları ilə əməkdaşlıq etməsi erməni ictimai rəyində onların obraza büründükləri “mübariz” görüntüsünü məhv edəcək.
Bununla yanaşı, Vardanyanın Qərbdə əməkdaşlıq etdiyi təşkilatlar və şəxslər haqqında da etiraflarının olduğu deyilir. Bu etiraflar ortaya çıxarsa, Rubenin Qərbdəki dəstəyi də kəsilə, yaxud azala bilər. Görünür, Vardanyanın adından yayılan müraciət onu “qorumağa” hesablanıb.
Asif Nərimanlı
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı















.jpg)



















.jpg)

