Nida Təhlil
Sərhəd razılaşmasının şifrələri: Bakının planı nədir, İrəvan nə istəyir?
Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyalarının 16 yanvarda keçirilən 11-ci görüşündə razılıq əldə edib: delimitasiya üzrə kompleks işləri şimal istiqamətindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsindən cənub istiqamətinə - Azərbaycan, Ermənistan və İran sərhədinə qədər aparılacaq;
Bu, Bakı-İrəvan xəttində əhəmiyyətli razılaşmadır, hərçənd, açıq qalan məqamlar var:
1. Sərhədin hansı prinsiplə delimitasiya ediləcəyi hələ də tam müəyyən edilməyib: İrəvanın Alma-Ata Bəyannaməsinə (SSRİ dağılanda mövcud xətlər üzrə) istinad edilməsi istəyi Bakının maraqlarına uyğun deyil;
2. Tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı (xüsusilə Əliyev və Paşinyanın son bəyanatları diqqət çəkir) müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır;
İstisna deyil ki, Bakı və İrəvan delimitasiya məsələsinə yanaşmasını dəyişməyib. Ortaq mövqe delimitasiyanın hissə-hissə aparılması prinsipindədir, əldə olunan razılaşma da bu fikri önə çıxarır, lakin hər iki tərəfin prosesi öz marağına uyğun idarə etmək cəhdləri də görünür.
Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Alma-Ata Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Alma-Ata Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır;
Azərbaycanın hədəfi və planı nədir, bu razılaşma nəyə hesablanıb?
Bakı delimitasiya prinsiplərini sülh sazişində dəyişdirmək və 19 aprel razılaşmasını korrekt etmək imkanını özündə saxlayır. Lakin 16 yanvar razılaşması səbəbsiz görünmür. Və razılaşmada ən mühüm detal “şimaldan cənuba” prinsipidir: proses Gürcüstanla sərhəd qovşağından İranla sərhəd qovşağına doğru həyata keçirilməlidir;
Bu, Azərbaycana delimitasiya prosesini şimal istiqamətində davam etdirmək imkanı verir. Bura niyə önəmlidir?
1. Delimitasiyanın Qazax-Tavuş istiqamətindən başlanması Azərbaycana anklav olmayan 4 kəndi azad etmək imkanı yaratdı və prosesin yenə bu istiqamətdə davam etdirilməsi Qazaxın anklav kəndlərinin azad edilməsini əsas müzakirə mövzusuna çevirəcək;
2. Delimitasiyanın uzunmüddətli olduğunu nəzərə alsaq, xüsusilə anklavların həlli məsələsinin mürəkkəbliyi fonunda, prosesin Ermənistanın istədiyi istiqamətlərdə irəliləməsini – İstisu istiqaməti başda olmaqla cənuba doğru – arxa plana keçirir və bu, ermənilərin, eləcə də Qərbdəki dəstəkçilərinin “Azərbaycan ordusu Ermənistan ərazisindədir” iddiaları üzərindən apardıqları kampaniyanın da aktuallığını azalda bilər;
3. Qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək və Bakı-İrəvan danışıqlar bu prosesdə əsas “siyasi döngə” rolunu saxlayacaq: regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə “müdaxilə” üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır və istisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini – “Ermənistan ərazisinə müdaxilə” iddialarını istifadə edə bilər; bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların “sərhəddən giriş” imkanlarını neytrallaşdırmağa imkan verir;
Asif Nərimanlı
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




