Nida Xəbər
BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca iyulun 12-dən etibarən intensivləşmiş və barəsində məlumat verilən hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatdır.
Publika.az xəbər verir ki, bu barədə BQXK-nin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir.
BQXK münaqişə tərəfləri ilə öz narahatlıqlarını ikitərəfli qaydada bölüşür, eləcə də, mülki şəxsləri hərbi əməliyyatlarda bilavasitə iştirak edən şəxslərdən hər bir zaman fərqləndirmək öhdəliklərini xatırladır.
BQXK-nın region üzrə əməliyyatlarının direktoru Martin Syup tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, məktəb binaları və səhiyyə müəssisələri kimi mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırıb: "Biz tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə və hərbi əməliyyatların son kəskinləşməsinin təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq”.
Qeyd edək ki, BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, Bakı və Yerevandakı nümayəndəlikləri vasitəsilə Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca yerləşən icmalara dəstək göstərir. Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir.
-
Dünya22:14
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
-
Nəqliyyat21:00
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
-
Magazin120:30
"Komedixana"nın aktrisaları toyda elə rəqs etdilər ki... - VİDEO
-
Kriminal19:10
Ordudakı yeyinti ilə bağlı yeni faktlar: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
-
Ekologiya18:10
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
-
Avropa17:23
Bu ölkə Rusiya ilə sərhəddə "Qalxan" tikir: elə sistemlər quraşdırılacaq ki... - FOTO
-
Rəsmi xronika16:43
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə15:46
Yasamal məhkəməsində qadınlar arasında amansız dava - Yerə yıxıb zərbələr endirdi