Nida Xəbər
İkinci cəbhə açıb, Qarabağı azad etməliyik - Qüdrət Həsənquliyev
Verilən açıqlamalardan belə çıxır ki, sanki hansı silahlarla döyüşməklə bağlı qarşılıqlı razılaşma var.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev Tovuzda erməni təxribatının qarşısının alınması və düşmənə qarşı cəza əməliyyata barədə danışarkən deyib.
O bildirib ki, buna baxmayaraq, Azərbaycan Ordusu düşmənə zərbə vurmaqdadır:
“Yüksək çinli zabit və əsgərlərimizin ölümü bizi çox kədərləndirir. Biz ermənilərin atəşkəsi pozmasından istifadə edib döyüşü yalnız onların istədiyi yerdə - sərhəddə yox, həm də ikinci cəbhə açmaqla işğal altındakı torpaqlarımızda aparıb, Qarabağı azad etməliyik. Düşmənə daha ağır zərbələr endirməliyik. Müharibə böyük psixoloji və döyüş hazırlığı tələb edir. Biz itkilərdən və beynəlxalq təzyiqdən çəkinməməliyik. Risk etməyəcəyimiz halda heç vaxt torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik. Əgər bizim bilmədiyimiz səbəblərdən döyüşü dayandırmağa məcbur olacağıqsa, o zaman Ordu da daxil, təcili islahatlara start verilməli, xarici siyasət kursuna yenidən baxılmalı, bitərəflilik platformasından imtina olunmalıdır. Hazırda isə xalqımız yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməli və ona güvənməlidir”.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO