Əlimdə olan faktları ortaya qoysam... - Ramiz Mehdiyev onları məhkəmə ilə HƏDƏLƏDİ/VİDEO
Bizi izləyin

Nida Xəbər

Əlimdə olan faktları ortaya qoysam... - Ramiz Mehdiyev onları məhkəmə ilə HƏDƏLƏDİ/VİDEO

Video əlavə olunub.

xxx

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı "Təzadlar"a açıqlama verib.

AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün". (unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm