Şəhid çavuş dəfn olundu - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Şəhid çavuş dəfn olundu - FOTO/VİDEO - (YENİLƏNDİ)

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

Publika.az xəbər verir ki, şəhidin cənazəsi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

xxx

14:05

Tovuz rayonun Qazıqulu kəndində şəhid Elşən Məmmədovla vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, şəhidin yaşadığı evdə izdiham yaşanır.

Şəhidimizlə vidalaşmağa rayon sakinləri ilə yanaşı, rəsmi şəxslər də gəlib.

Şəhidimiz doğulduğu Qaziqulu kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. 38 yaşlı şəhidin 3 oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm