Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub - Zakir Həsənov
Bizi izləyin

Nida Xəbər

Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub - Zakir Həsənov

Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib.

“Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks hücum həyata keçirir, düşmən böyük itki verərək geri çəkilib. Xüsusi qeyd etmək istəyirəm ki, ordumuzun zərbələri həm ön, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Ən müasir silahlar tətbiq olunur. Düşməndən güclü müqavimət görmürük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm