Nida Xəbər
Azərbaycan Yaponiyadan ədalətli və qətiyyətli mövqe gözləyir
Azərbaycan Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə əlaqədar Yaponiya tərəfindən də ədalətli və qətiyyətli mövqe gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın “Asahi Tv” telekanalına müsahibəsində bildirib.
Telekanalın yaydığı videosüjetdə sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla qarşıdurmanın kəskinləşdiyi, Ordumuzun əks-hücumu nəticəsində işğal altındakı bir sıra ərazilərin və strateji yüksəkliklərin azad edildiyi barədə məlumatlar əksini tapıb. Bildirilib ki, Azərbaycan artıq 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsini və Ermənistan ordusunun bu ərazidən çıxmasını gözləyir.
Videomaterialda Azərbaycan Prezidentinin köməkçisinin sözləri sitat gətirilərək bildirilir: “Azərbaycan Ermənistan ordusunun işğal altında olan torpaqlarımızdan qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasını təkidlə tələb edir. Biz gözləyirik ki, Yaponiya da BMT vasitəsilə yeni qətnamələrin qəbuluna təsir göstərəcək”.
H.Hacıyev əmin olduğunu bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Yaponiya da münaqişənin həllinə tezliklə öz töhfəsini verəcək.
Videosüjetdə həmçinin Azərbaycan Prezidentinin köməkçisinin beynəlxalq ictimaiyyətə münaqişə regionuna erməni muzdlularının gətirilməsi ilə bağlı göstərilən cəhdlərin qarşısını almaq barədə çağırışı da yer alıb.
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi
-
Region14:00
Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...
-
Magazin110:18
Xoşqədəm verilişində təhdid edildi - VİDEO