Çavuşoğlundan Qarabağ AÇIQLAMASI: "Rusiya ilə işləməyə hazırıq"
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlundan Qarabağ AÇIQLAMASI: "Rusiya ilə işləməyə hazırıq"

"Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib.

O, bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu bildirib.

"Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiyanın böyük töhfəsinə ehtiyac var. Rusiyanın münaqişənin həllinə bu günə kimi nə qədər sərmayə qoyduğunu hamı bilir. Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq. Bölgənin təhlükəsizliyi üçün məsələnin köklü həlli vacibdir. Bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm