Nida Xəbər
Qoşulmama Hərəkatına üzv dövlətlərdən Azərbaycana BÖYÜK DƏSTƏK
Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər Səviyyəsində Görüşü Xüsusi Bəyanat yayıb.
Publika.az xəbər verir ki, Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər:
“Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiq edir.
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirirlər.
Qoşulmama Hərəkatının üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 27 sentyabr 2020-ci il tarixli müvafiq çağırışını nəzərə aldılar”.
-
Magazin120:30Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? - ÖZÜ DANIŞDI/VİDEO
-
İdman20:12Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO











.jpg)



















