Nida Xəbər
Düşməndən növbəti TƏXRİBAT: Hərbçilər bir-birini atəşə tutdular
Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.
Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bildirirk ki, bu əmələ görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ