Nida Xəbər
İbrahim Kalın: "Türkiyə sona qədər Azərbaycanın yanındadır"
Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir.
Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.
“Ermənistan Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, dinc sakin demədən cinayət törədir. Bu hüquqdankənar fəaliyyət və qətliamlar qarşılıqsız qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”, - İ.Kalın bildirib.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül də bu məsələ ilə bağlı “Twitter” hesabında fikirlərini bölüşüb:
“Ermənistan terror dövləti olduğunu növbəti dəfə göstərmiş, dinc əhaliyə hücum edərək yenə bəşəriyyətə qarşı cinayət törətmişdi. Bu alçaqlığı lənətləyirəm. Daim azərbaycanlı qardaşlarımızla birlikdəyik! Can Azərbaycan əsla yalnız qalmayacaq”.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir