Fazil Mustafa: “Bakını hədəfə götürərlərsə, Yerevanı yer üzündən silməliyik”
Bizi izləyin

Nida Xəbər

Fazil Mustafa: “Bakını hədəfə götürərlərsə, Yerevanı yer üzündən silməliyik”

“Ermənistan başqa ölkələri prosesə cəlb etmək istəyir. Azərbaycan isə əslində, bunun cavabını döyüş meydanında verir, elə bu yolla da davam etməlidir. Yəni sıxınıtlar, kədərimiz böyükdür, amma əsas Qarabağda qazanılan qələbədir ki, bunun cavabı ancaq orada verilməlidir”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı bildirib.

F.Mustafa hesab edir ki, Azərbaycan öz trayektoriyasından çıxmamalıdır və ardıcıl bu prosesi aparmalıdır: “Əlbəttə, bu müharibənin coğrafiyasının genişlənməsi mümkündür, amma biz buna imkan verməməliyik. Bütün gücümüzlə çalışmalıyıq ki, genişlənmə baş verməsin”.

“Onlar orada məğlub olduğuna görə, bu ağılsız addıma əl atırlar. Bu, onlara baha başa gələcəkdir. Sadəcə, biz indi daha çox hədəfdən yayınmaq istəmirik. Bu işi qurtarandan sonra onların Gəncəyə, Tərtərə, Minəgəçevirə atdıqlarının hamısını artıqlaması ilə başlarına tökəcəyik”, - millət vəkili əlavə edib.

F.Mustafa düşmənin Bakını “İsgəndər” raketləri ilə vurmaq niyyətinə də toxunub: “Biz hər halda bütün proseslərə hazır olmalıyıq. Əgər Bakını hədəfə götürərlərsə, onda Yerevanı yer üzündən silməliyik”.

Prezident İlham Əliyevin “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” fikrinə əsasən, F. Mustafaya ünvanladığımız “yaxın günlərdə Şuşanın işğaldan azad edilməsi ilə bağlı gözləntiləriniz nədən ibarətdir” sualını isə o, belə cavablandırıb: “Hər halda mübarizə gedir. Yaxın günlərə bir söz deyə bilmərəm, amma bildiyim odur ki, əsas hədəflərimizdən biri də budur”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm