Bu zəfər Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Bu zəfər Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir - DEPUTAT

“Bu qələbənin qazanılmasında Prezident İlham Əliyevin müstəsna rolu və xidməti var. Onun bir peşəkar siyasətçi, böyük nüfuza malik olması, uzaqgörən siyasət həyata keçirməsi bu qələbənin təmin olunmasına şərait yaratdı”.

Publika.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

C.Məmmədovun sözlərinə görə, biz hazırkı münaqişənin təhlini aparsaq, görürük ki, bu qələbədən əvvəl bu uğurun qazanılması üçün çox güclü diplomatik zəmin yaradılıb: “Yəni bütün dövlətlərlə müzakirələr aparılıb. Bu ərazilərin Azərbaycana məxsus olması hüquqi baxımdan tam əsaslandırılıb və beynəxalq qurumlar tərəfindən də qəbul olunub. Ona görə burada cənab Prezidentin bacarığı, qabiliyyəti çox böyük rol oynadı. Bildiyiniz kimi, yenidən danışıqlar masasına qayıtmaq, ümumiyyətlə, münaqişənin tənzimlənməsi üçün cənab Prezident davamlı olaraq görüşlər keçirir”.

C.Məmmdov qeyd edib ki, xüsusilə beynəlxalq media qurumlarına davamlı olaraq müsahibələrin verilməsi, Azərbaycanın mövqeyinin açıqlanması da bu prosesə öz töhfəsini verdi: “Yəni biz bəzən elə düşünürük ki, müharibə edildi, torpaqlar geri qaytarıldı. Burada həm hərbi siyasət, eyni zamanda diplomatiya siyasəti öz töhfəsini verdi”.

Cənab Prezidentin seçilərkən bir sıra vədlər verdiyini xatırladan C.Məmmədov nəzərə çatdırıb ki, bu gün o vədlərin hamısını yerinə yetirib: “Bu gün Azərbaycan Ordusu bölgənin 50 gücü ordusu sırasına daxil olub. Bu gün Azərbaycanın hərb meydanında qazandığı uğurlar beynəlxalq müstəvidə müzakirə olunur. Ümumiyyətlə, Azərbaycanın bu uğurları hərb sahəsində bir yenilik kimi qəbul olunur və burada da qeyd etdiyimiz kimi, cənab Prezidentin özünün qabiliyyəti, uzaqgörən siyasət həyata keçirməsi, prosesləri təhlil imkanı bir sıra ölkələrin yüksək səviyyədə qurulması bu zəfərə özünün böyük töhvəsini verdi”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm