Nida Xəbər
“Beynəlxalq təşkilatlar Ermənsitan silahlarının monitorinqini aparmalıdır” - İsaxan Vəliyev
“Silah-sursatın haradan alnması və bunun Ermənistanın büdcəsində nəzərdə tutulandan artıq məbləğ təşkil etməsi məsələsinə hörmətli prezidentimiz Zəngilanın azad olunması ilə bağlı xalqa müraciətində aydınlıq gətirdi. O da narazılığını bildirdi. Biz də o mövqedəyik ki, Ermənistan haradansa qanunsuz yolla, hətta qaçaqmalçılıqla silah əldə edir”.
Bu barədə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev Publika.az-a açıqlamasında bildirib.
İ.Vəliyevin sözlərinə görə, əvvəlki dövri mətbuatda dərc edilən materiallardan da görünürdü ki, qaçaqmalçılıq yolu ilə silah alveri ilə məşğul olan xüsusi təşkilatlar var: “Ola bilsin, hətta qonşu dövlətlərdə də qaçaqmalçılıqla məşğul olan belə qurumlar var ki, onlar da silah-sursat satışı ilə məşğuldurlar. Güman edilir ki, erməni hərbi-siyasi rəhbərliyi həmin qaçamalçıların köməyindən istifadə edir, öz hərbi arsenalını artımağa çalışırlar. Ancaq bu, bizim üçün heç bir təhülkə yaratmır. Çünki bunların əldə etdiyi silah-sursat 90-cı illərin əvvəlində istehsal olunmuş və bügünkü döyüş taktikasına cavab verməyən silah-sursatdır. Azərbaycan isə artıq 5-ci nəsil silahlardan istifadə edir, NATO standartlarına uyğun olaraq döyüşlər həyata keçirir. Şübhəsiz ki, bu döyüşlərin həyata keçirilməsində əsas məqsəd torpaqlarmızı azad etmək, sərhədlərimzi bərpa etmək və dinc əhaliyə - hansı millətdən olmasından asılı olmayaraq - xətər yetirməməkdir”.
İ.Vəliyev hesab edir ki, beynəlxalq təşkilatlar bu silahların monitorinqini aparmalıdırlar: “Onlar müəyyənləşdirməlidirlər ki, hərbi büdcəsi bu qədər kiçik olan bir dövlət bu qədər silahı hansı yolla alır, necə əlinə keçirir? Bunu dünənki müraciətində cənab Prezident də dedi və mən düşünürəm ki, onun çıxışından sonra beynəlxalq təşkilatların diqqəti bu istiqamətə yönələcək”.
İ.Vəliyev onu da qeyd edib ki, beynəlxalq təşkilatın Ermənistanı cinayət və yaxud hansısa inzibati məsuliyyətə almaq səlahiyyəti yoxdur: “Sadəcə olaraq onlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. Yetirməməyə görə, mənəvi məsuliyyət daşıya bilərlər və yaxud hər hansı bir təşkilati məsələ gündəmə gələ bilər. Bu silahı qaçaqmalçılıq yolu ilə satan dövlətlərin bu sahədə məsul olan şəxsləri məsuliyyət daşıyırlar. Beynəlxalq təşkilatların da məsuliyəti ondan ibarətdir ki, niyə monitorinq aparmırlar? Monitorinq aparılması zəruridir. Ancaq biz deyək ki, niyə onlar cinayət məsuliyyətinə cəlb olunmurlar, hərbi tribunal verilmirlər, bu, bir qədər düzgün olmazdı”.
Şamo Emin
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO