Konkret nəticələr yanız... - Politoloqdan Vaşinqton görüşü barədə açıqlama
Bizi izləyin

Nida Xəbər

Konkret nəticələr yanız... - Politoloqdan Vaşinqton görüşü barədə açıqlama

“Bu görüşlərlə bağlı məndə ikili qənaət var. Bir qənaət ondan ibarətdir ki, dünya hələ də haqqın, ədalətin yanında deyil. Dünyanın “demokratiya cənnəti” sayılan Amerikanın özü də hələ ki, dünya düzəninə, hadisələrinə münaisbətdə tam obyektiv mövqe tuta bilmir”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar ABŞ-a dəvət edilən Xarici İşlər naziri Ceyhun Bayramovun işgüzar səfərini şərh edən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli bildirib.

Q.Hüseynli qeyd edib ki, konkret stiuasiyada təcavüzkar Ermənistanla təcavüzə məruz qalmış Azərbaycan arasında fərq qoyulmaması və bununla bağlı BMT-nn 4 qətnaməsinə diqqət edilməməsi, eləcə də beynəlxalq hüquq normalarının saya salınmaması insanda çox ciddi narahatlıq doğurur: “Atəşkəs deyib bağıran insanlar fərqində deyillər ki, təcavüzkar Ermənistan yenə də dinc əhalini ən qorxulu raketlərlə atəşə tutur, mülki insanları öldürür, onların var-dövlətinə ziyan vurur və belə halda daha çox qınanmalı olan Ermənistanla Azərbaycan tərəzinin bir gözünə qoyulur. Bu, məndə bir Azərbaycan vətəndaşı kimi çox narazılıq doğurur”.

Hüseynlinin firkincə, indiyə qədər problemin həll edilməməsinin əsas səbəbi də həqiqətin harada olduğunun müəyyən edilməməsidir: “Həqiqəti də tapmağa mane olan əsas cəhətlər Qərb üçün xarakterik olan ikili standartlar, son zamanlarda xristian təssübkeşliyi, İslamafobiya, Türkofobiya özünü açıq biruzə verir. Fransa Prezidentinin timsalında Türkiyəyə və Azərbaycana sözün həqiqi mənasında qeyri-insani, heyvani bir nifrət adamda çox ciddi narahatlıq doğurur. Bu problemi həll edə bilmirsən. Özü də bütün həllin açarını xristian dövlətləri əlinə alıb. İmkan verin, ora heç olmasa Azərbaycanı sevən bir ölkə də daxil olsun ki, haqqı nahaqdan ayırmağa şərait yaratsın. Buna görə də Vaşinqton görüşlərindən heç nə gözləmirəm. Bu görüşlər müəyyən əhəmiyyətə malik ola bilər. Yəni biz dünyaya nümayiş etdiririk ki, görüşməyə də, atəkəsə də hazırıq, amma bu şərtlə ki, ermənilər işğal etdiyi ərazilərdən çıxsın və bu fikri dünya ictimai rəyinə çatdırırıq ki, ermənilər işğalçıdır, onlar bizim ölkənin torpaqlarından çıxmalıdır. Bu nöqteyi-nəzərdən bunun əhəmiyyətini görürəm. Amma konkret nəticələr yanız son erməni əsgəri ölkəmizin ərazisindən çıxandan və bu məsələ ətrafında konkret danışıqlar başlayandan sonra əldə ediləcək”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm