Ordumuza qatılmaq üçün dünyadan nə qədər müraciət gəlib? - Fuad Muradov açıqladı
Bizi izləyin

Nida Xəbər

Ordumuza qatılmaq üçün dünyadan nə qədər müraciət gəlib? - Fuad Muradov açıqladı

Dünyanın hər tərəfində yaşayan azərbaycanlılar Silahlı Qüvvələrin sırasına qoşulmaq üçün müraciət edib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə mətbuatına müsahibəsində belə deyib.

Komitə sədri bildirib: “50 ölkədə diasporumuz fəaliyyət göstərir. Rusiyada 2 milyona yaxın azərbaycanlı var. Minlərlə müraciət daxil olub. Biz də bu qardaşlarımıza ordumuzda əsgər problemi olmadığını söylədik. Onlara təşəkkür etdik. Güclərini haqlı davamızı dünyaya anlatmaq üçün istifadə etmələrini istədik. Erməni diasporu müxtəlif bölgələrdə terror tətbiq edir. Həm cinayət işləyirlər, həm də Türkiyə və Azərbaycan əleyhinə BMT, Avropa İttifaqı nəzdində məhkəmə prosesi açırlar. Azərbaycan ordusu hazırda torpaqlarını işğaldan azad edir. Bütün dünya bu məsələni bilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm