Azərbaycan Ordusu 1 aya bütün dünyaya göstərdi ki... - Ekspert DETALLARI AÇDI
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusu 1 aya bütün dünyaya göstərdi ki... - Ekspert DETALLARI AÇDI

“30 ildir biz torpaqlarımızın işğaldan azad oluması arzusu ilə yaşamışıq. 30 illik məsafəni götürəndə 1 aya biz çox böyük naliyyətlər əldə etmişik. Sözsüz ki, hamımız səbirsizlikə daha çox şey gözləyirik. Hamımız istəyirik ki, hər şey daha tez olsun”.

Publika.az xəbər verir ki, bunu hərbi ekspert, psixoloq Azad İsazadə Azərbaycan Ordusunun Ermənistan ordusuna qarşı ötən 1 ay ərzində əks-hücum əməliyyatlarını dəyərləndirərkən qeyd edib.

A.İsazadə hesab edir ki, indiki yaranmış vəziyyətdə o qədər də tələsmək olmaz:“Yavaş-yavaş torpaqları azad edirik. Orada öz mövqelərimizi möhkəmləndirməliyik, sonra da irəli davam etməliyik. Praktiki hər həftə hansısa təzə məlumatlar elan olunur, təzə kəndlər, rayon mərkəzləri, şəhərlər azad olnur. Hər şey yaxşı gedir. Bəzi istiqamətlərdə bəzən bir az ləng gedir, amma ümumi baxanda 7 rayon, yəni 5+2 söhbəti yoxdur. Artıq 5 rayondan 4-ü azad olunub. Deməli, faktiki biz 50 faiz işi həll etmişik. Amma qabaqda daha da ağır, çətin işlər dayanıb. Çünki üzümüzə qış gəlir, dağlara tez qar yağacaq. Əsasən də azad olunmayan rayonlar dağlıq zonada qalıb, amma yavaş-yavaş onu da həll edərik, inşallah”.

“Birinci Dağlıq Qarabağ müharibəsini müqayisə edəndə nə biz, nə də onlar tərəfdən 1 ay ərzində belə nailiyyətlər olmayıb. Ən yaxşı halda, 1 ay ərzində hansısa 1 rayon azad olunurdu, ya da 1 rayonu biz itirirdik. Bu dəfə 1 ay ərzində biz praktiki 4 rayonu tam təmizləmişik. Bəzi rayonlarda isə tam təmizləməmişiksə də, xeyli irəliləmişik və xeyli kəndləri azad etmişik. Ona görə, bu 1 ay ərzində naliyyətlər çox yaxşıdır”, - deyə hərbi ekspert əlavə edib.

A.İsazadə vurğulayıb ki, texniki baxımdan Azərbaycan Ordusu bu dəfə 21-ci əsrdə müharibə aparma gücünü, bacarığını göstərir: “Bir dəfə Türkiyə Liviyada və Suriyada dronlardan istifadə edib, texnikanı məhv edib, sonra hücuma keçib. Amma orada nisbətən şərait yaxşı idi. Çünki səhra idi. Biz isə həmin taktikanı dağlıq, meşəlik yerlərdə keçiririk və çox uğurla texnoloji baxımdan 21-ci əsrin ordusunu nümayiş etdiririk”.

Hər bir hərbi texnologiyanın pillə-pillə inkişaf etdiyini dilə gətirən hərbi ekspert diqqətə çatdırıb ki, əvvəlcə hücum taktikası inkişaf edir: “Sonra fikirləşməyə başlayırlar ki, bundan necə qorunaq. Bu günə qədər olan 3 mərhələli havadan qoruma sistemi istər Rusiyada, istər ABŞ-da, istərsə də bizdə praktiki kütləvi dron hücumuna hazır deyildi. İndi Azərbaycan təcrübəsi üzərində havadan müafiə sistemi, texnologiyalar prinsipial dəyişməlidir. Azərbaycan göstərdi ki, bu hücum taktikaslnda havadan müdafiə sistemi işləmir. İşləyir, amma natamam işləyir. Sözsüz ki, bunun üzərində dünya ölkələri havadan müdafiə sistemini dəyişəcəklər”.

A.İsazadənin sözlərinə görə, hələ bu döyüşlər başlamamışdan öncə, avqustda İngiltərə elan etmişdi ki, zirehli texnikadan biz imtina etməliyik, onun artıq müharibədə o qədər də əhəmiyyəti yoxdur: “Özü də dedilər ki, biz tankları ləğv etmirik, amma onları müasirləşdirməyə pul xərcləməkdənsə, təzə texnologiyalar üzərində işləyəcəyik. Doğurdan da Azərbaycanın əks-hucum əməliyyatları göstərdi ki, zirehli texnikanın effekti çox azalıb. Onu havadan çox rahat vurmaq olur və o, heç nə edə bilmir. Deməli, 21-ci əsrin orduları prinsipial dəyişəcək. O cümlədən də robot texnika, pilotsuz qurğular inkişaf edəcək”.

Qeyd edək ki, Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayıb. Ötən 1 ay ərzində qəhrəman ordumuz 4 rayonu və 150-dən çox kəndi erməni işğalından azad edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm