Nida Xəbər
Hikmət Hacıyev: "İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir"
“Dövlət Sərhəd Xidməti döyüşlərdə iştirak etmir, lakin proses çərçivəsində Sərhəd Xidmətinin hərbçiləri Azərbaycanın sərhəd boyu ərazilərinə yerləşdirilib. Məsələn, İranla sərhəddə. Xüsusilə qeyd etməliyəm ki, 30 illik işğaldan sonra İran-Azərbaycan sərhədi artıq tamamilə Azərbaycanın nəzarətindədir”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"İranın müvafiq qurumları ilə yaxın təmasdayıq və əməkdaşlıq edirik. Biz bu hissədə İranla normal sərhəd xidməti və nəzarəti yaradacağıq", - deyə H. Hacıyev qeyd edib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi