Nida Xəbər
Spiker Qarançsa Qarabağdan danışdı - FOTO
Noyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb.
Publika.az-ın məlumatına görə, sədr qonağı salamlayaraq bildirib ki, Azərbaycan dost və tərəfdaş Latviya Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük önəm verir. Qeyd edilib ki, hər iki ölkə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni bir dövr başlayıb; siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın uğurlu inkişafı yoluna qədəm qoyulub.
Əlaqələrimizin inkişafında dövlət başçılarının rolundan danışan spiker ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrimiz hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan və Latviya arasında Avropa strukturları, Şərq tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur.
Görüşdə dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışan sədr hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, millət vəkillərinin qarşılıqlı səfərlərinin pandemiyadan sonra da davam etdirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib.
Söhbətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan spiker cəbhə bölgəsindəki vəziyyət barədə danışıb, erməni tərəfinin təxribatları haqqında geniş məlumat verib.
Görüşdə Covid-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanda və Lativiyada həyata keçirilən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığın rolu qeyd olunub.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
Diplomat səfir kimi iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyərək, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu yüksək qiymətləndirib.
Söhbətdə səfir qeyd edib ki, Cənubi Qafqazın bu bölgəsində baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə öz dövlətinin mövqeyini bir daha səsləndirib.
Həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri