Rusiya Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir - Lavrov
Bizi izləyin

Nida Xəbər

Rusiya Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir - Lavrov

Rusiya üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanış razılaşma bu məsələlərin həll olunmasına imkan yaradır:

"Bölgədə fəaliyyət göstərən sülhməramlılarla yanaşı, prezident Putinin fərmanı ilə yaradılan qurumararası mərkəz artıq işə başlayır və bu məsələləri nəzarətdə saxlayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm