Nida Xəbər
Azərbaycanın güclənməsini gözü götürməyənlər... - Ceyhun Məmmədov
Düşmən üzərində möhtəşəm qələbədə bir çox amillərin ciddi rolu oldu. Bunlardan biri də yumruq kimi birliyimiz və həmrəyliyimiz idi. İndi qarşımızda daha böyük vəzifələr durur: Bu birlik və həmrəyliyimizi qoruyaraq daha güclü olmalı, işğaldan azad etdiyimiz bölgələrdə quruculuq işlərini uğurla həyata keçirməliyik.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
O, bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi: "Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, xüsusi diqqət və qayğısı ilə dövlətimiz ölkəmizin daha da güclü olması üçün üzərinə düşən hər bir vəzifəni uğurla icra edir və hər zaman edəcəkdir. Hər birimiz ölkəmizin daha da güclü olması üçün bütün gücümüzlə çalışmalıyıq. Hər kəs müharibə dövründə olduğu kimi, çalışdığı sahədə də öz töhfəsini verməlidir. Azərbaycanın güclənməsini gözü götürməyənlər yeni təxribatlar törətməyə çalışacaqlar. Bu baxımdan hər an ayıq-sayıq olmağımız, bütün gücümüzlə çalışmağımız xüsusi önəm daşıyır.
Bu gün güclü olmağın əsas şərtlərindən biri də elmi potensialımızın və iqtisadiyyatımızın daha da gücləndirilməsidir. Bu günün gəncləri gələcəyin idarəçiləridir. Ona görə gənclərimiz dərin savad və biliyə, analitik təfəkkürə malik olmaq, dil biliklərini, dünyagörüşlərini zənginləşdirmək üçün böyük səylə çalışmalı, daima üzərlərində işləməlidirlər”.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi