Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı
Bizi izləyin

Nida Xəbər

Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb.

Publika.az NTV-yə istinadla xəbər verir ki, kapitanla həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb.

Qeyd edək ki, Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm