Ərdoğan Azərbaycanla bağlı VACİB SƏNƏDLƏRİ imzaladı
Bizi izləyin

Nida Xəbər

Ərdoğan Azərbaycanla bağlı VACİB SƏNƏDLƏRİ imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib.

Publika.az "Resmi" qəzetə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.

Hər iki sənəd bu gündən qüvvəyə minib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm