Beynəlxalq müstəvidə bu qətliama lazımi diqqət ayrılmayıb - Nazir
Bizi izləyin

Nida Xəbər

Beynəlxalq müstəvidə bu qətliama lazımi diqqət ayrılmayıb - Nazir

Bu gün Azərbaycan-Ermənistan konflikti zamanı mülki şəxslərə qarşı törədilən ən böyük qətliam olan Xocalı qətliamının anım mərasimi üçün toplaşmışıq.

Publika.az xəbər verir ki, bu sözləri XİN rəhbəri Ceyhun Bayramov Xocalı soyqırımının anım mərasiminə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qətliamı törədən şəxslər hələ də ədalət məhkəməsi qarşısında cavab verməyib: “Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Xocalı qətliamının soyqırımı olduğu sübuta yetirilib. Dünyanın müxtəlif ölkələri bu hadisəni hərbi cinayət kimi səciyyələndirən qərar və qətnamələr qəbul edib. 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi bu əməli pisləyən müvafiq sənəd yayıb. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq müstəvidə hələ də bu qətliama lazımi diqqət ayrılmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm