Nida Xəbər
“Ukrayna 24” telekanalı Prezidentin mətbuat konfransı ilə bağlı xüsusi reportaj yayımladı
Ukraynanın nüfuzlu “Ukrayna 24” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan Ağdam və Füzuli rayonlarından xüsusi reportaj yayımlayıb.
Publika.az xəbər verir ki, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qrupunun törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması barədə sitatları yer alıb.
Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini təqdim edərək tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv edildiyini göstərir. Həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nəyin qalmadığını qeyd edir. Reportajda Ağdamdan olan məcburi köçkünlərin ermənilərin törətdiyi vəhşiliklər barədə fikirləri də yer alıb.
Reportajda, həmçinin ərazilərin minalardan necə təmizlənməsi barədə görüntülər də yer alıb. Bundan başqa Füzuli rayonunda beynəlxalq hava limanının inşası barədə məlumat verən ukraynalı jurnalist azərbaycanın işğaldan azad olunan ərazilərində 3 aeroportun inşa ediləcəyini vurğulayır. Şuşa və Laçına yeni magistral yolun çəkilişləri barədə məlumat verib.
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər
-
Magazin206:26
Hollivudun ukraynalı gözəli yeni filmini təqdim etdi - FOTO
-
Region05:45
Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO