Əhliman Əmiraslanov türkiyəli nümayəndələri qəbul etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Əhliman Əmiraslanov türkiyəli nümayəndələri qəbul etdi - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə Səhiyyə Nazirliyinin qurum başqanı Salih Kənan Şahini, əməkdaşları Züleyha Balcını, Üstün Murat Yıldızı və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfıratı qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə akademik Əhliman Əmiraslanov qonaqlara Azərbaycan səhiyyəsində aparılan islahatlar, görülən işlər barədə məlumat verib.

Komitə sədri həmçinin pandemiya dövründə COVID-19-a qarşı mübarizə tədbirləri haqqında da məlumat verərək, bu işdə ölkəmizə göstərdiyi dəstəyə görə Türkiyə hökümətinə təşəkkürünü bildirib. Eyni zamanda görüşdə Türkiyədən olan qonaqlarla icbari tibbi sığortanın tətbiqi, əzçaçılıq və səhiyyə sahəsində digər əməkdaşlıqlar barədə müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm