Nida Xəbər
Rasim Quliyev niyə həbs edildi? – Qardaşı DANIŞDI
“Rasim Quliyev barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib. Ona görə ki, sənədləşmədə müəyyən xətalara yol verib. O, 2018-ci ildə aparat rəhbəri olub və işdən çıxıb. 18 il Bakı Şəhər İcra Hakimiyyətində işləyib. Uzun müddət də aparat rəhbəri olub. Ona Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, rüşvətə görə saxlanılmayıb. Sənədləşmə işlərində problemlər olub”.
Bunu Publika.az-a açıqlamasında “Səs” İnformasiya Agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev qardaşı Rasim Quliyevin həbsinə münasibət bildirərkən deyib.

B. Quliyevin sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək: “Apellyasiya mərhələsində həqiqətin, ədalətin öz yerini tapacağına inanırıq. Rasim Quliyev həm də “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Həmin analitik informasiya mərkəzi də dövlətçilik və azərbaycançılıq ideologiyasının tərənnümçüsü olub. Bu istiqamətdə böyük araşdırmalar və sorğular keçirib”.
Qeyd edək ki, bu gün R.Quliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı barədə məlumat yayılıb.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)















.jpg)
.jpg)
