Nida Xəbər
İlham Əliyevin Hərbi Qənimətlər Parkında söylədiyi fikirlər Moldova mediasında geniş işıqlandırılıb
Moldovanın aparıcı, böyük oxucu kütləsinə malik “Noi.md” və “Dosug.md” portallarında Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı barədə silsilə xəbərlər dərc olunub.
Publika.az xəbər verir ki, “Noi.md” saytında dərc olunan xəbərdə Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu tərəfindən düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin - 300-dən çox eksponatın, o cümlədən 150-dən çox ağır texnikanın, tankların, döyüş maşınlarının, artilleriya qurğularının, zenit-raket komplekslərinin, atıcı silahların və hərbi nəqliyyat vasitələrinin sərgiləndiyi bildirilir. Eyni zamanda, Şuşaya atılan Rusiya istehsallı “İsgəndər–M” raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı və ölkəmizin bu suala cavab gözlədiyi qeyd olunur.
“Dosug.md” saytında İkinci Qarabağ müharibəsinin gedişində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikasının dəyəri Azərbaycan tərəfindən təqribən 5 milyard dollar dəyərində qiymətləndirildiyi qeyd olunur. Bununla yanaşı, xəbərdə Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Ermənistan uzun illər hərbi texnikanı digər ölkələrdən “hədiyyə” qismində alarkən, Azərbaycan bütün texnikanı öz vəsaiti hesabına əldə edib.
Yazıda, həmçinin Hərbi Qənimətlər Parkında Şuşaya atılan “İsgəndər-M” raketlərinin qalıqlarının nümayiş olunduğu, Ermənistanın bu raketi haradan əldə etdiyi barədə suala ölkəmizin cavab gözlədiyi vurğulanır.(Azertac)
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər