Ölkə vətəndaşlığına qəbul olunanların sayı AÇIQLANDI
Bizi izləyin

Nida Xəbər

Ölkə vətəndaşlığına qəbul olunanların sayı AÇIQLANDI

"Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub".

Publika.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bu barədə müsahibəsində deyib.

O bildirib ki, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm