Nida Xəbər
Respublika Günü Hyuston şəhərində qeyd edildi - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) təşəbbüsü və təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Komitədən Publika.az-a bildiriblər ki, tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Azərbaycana parlaq Zəfər qazandırmış şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bayram tədbirində Hyustonda yaşayan Azərbaycan, Türkiyə və Pakistan icmalarının nümayəndələri, konqresmen və yerli hökumət təmsilçiləri, siyasi partiya liderləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə USACI-nın prezidenti, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb. Diaspor təşkilatının rəhbəri bildirib ki, bu il xalqımız və dünya azərbaycanlıları Respublika Gününü böyük qürur hissi ilə qeyd edirlər. Çünki işğaldan azad edilmiş torpaqlarımızda yenidən Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır.
Yerli hökumət təmsilçiləri və digər icmaların nümayəndələri çıxışlarında xalqımızı 28 May - Respublika Günü münasibətilə təbrik ediblər.
Tədbir Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə yekunlaşıb.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA