Nida Xəbər
Ceyhun Bayramov Somali səfiri ilə görüşdü - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedi qəbul edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov Somali ilə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək, bu əməkdaşlığın həmçinin beynəlxalq platformalarda uğurla davam etdirildiyini vurğulayıb. Somalinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi məmnunluqla ifadə olunub.
Nazir, həmçinin qarşı tərəfə bölgədəki son hadisələr, işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyət, o cümlədən, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli törədilən geniş miqyaslı dağıntılar, mina təhlükəsi, eləcə də bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında ətraflı məlumat verib.
Səfir Cama Abdullahi Mohamedi ölkələrimiz arasında mövcud olan yaxın tarixi və mədəni əlaqələrə istinad edərək, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə hər zaman dəstək verdiyini qeyd etdi. Səfir Azərbaycan xalqını və dövlətini əldə olunmuş böyük Qələbə münasibətilə təbrik edib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi