Nida Xəbər
Prezidentin vəzifə verdiyi Rövşən Rüstəmov kimdir?
Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov Nəqliyyat, Rabitə və Yüksək Texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, o, 1980-ci ildə İmişlidə anadan olub.
1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.
2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.
Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO








.jpg)
.jpg)
.jpg)




















.jpg)



