Şentopdan çağırış: Qarabağa gedin...
Bizi izləyin

Nida Xəbər

Şentopdan çağırış: Qarabağa gedin...

"Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlara gələn xarici nümayəndələr erməni vandallığına da yaxından şahid olacaqlar".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "HaberGlobal" televiziyasına eksklüziv müsahibəsində deyib.

M.Şentop Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib: "Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardakı acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır".

O, Şuşaya səfərinin məqsədini də açıqlayıb: "Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm