YAP-dan Eldəniz Səlimovla bağlı AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

YAP-dan Eldəniz Səlimovla bağlı AÇIQLAMA

“Baş vermiş hadisədən təəssüf hissi keçiririk”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun məsələsinə hakim partiyanın müvafiq orqanında baxılıb-baxılmayacağına münasibət bildirərkən deyib.

Elməddin Quliyev bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb: "Deputatla bağlı məsələyə hüquqi qiymət verildikdən sonra tərəfimizdən münasibət bildiriləcək".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm