Sahibə Qafarova Rəisinin andiçmə mərasimində - FOTO
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova Rəisinin andiçmə mərasimində - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

Publika.az xəbər verir ki, avqustun 5-də nümayəndə heyətimiz İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib. Musavat.com bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm