Artilleriyaçılarımız üçüncü oldular - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Artilleriyaçılarımız üçüncü oldular - FOTO/VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüblər.

Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.

Qeyd edək ki, sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm