Ermənilər şəhər və kəndlərimizə qarşı soyqırımı həyata keçiriblər - Deputat
Bizi izləyin

Nida Xəbər

Ermənilər şəhər və kəndlərimizə qarşı soyqırımı həyata keçiriblər - Deputat

"44 günlük Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsini qazandı. 30 il müddətində Azərbaycan öz ərazilərini işğala məruz qoyan erməni faşizminə qalib gəldi. Ölkəmiz bununla həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz ümumilikdə dünya erməni faşizminə qalib gəldi. Ali Baş Komandanımız, möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi tarixi nailiyyətdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya gördü ki, bu ərazilərdə 30 il müddətində erməni vandallar misli görünməmiş vəhşiliklər törədiblər".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, onlar 30 il müddətində Azərbaycanın əzəli torpaqlarını işağala məruz qoyduqları zaman təkcə xalqımıza qarşı soyqırımlar törətmədilər. Eyni zamanda, bütövlükdə şəhər və kəndlərimizə qarşı soyqırımı həyata keçirdiblər:

"30 il müddətində 9 şəhər və yüzlərlə kənd tamamilə yerlə-yeksan edilib. Daşı daş üstündə qoymayıblar. Evlər, mənzillər, sosial obyektlər, infrostruktur tamamilə darmadağın edilib. Tarixi və dini abidələrimiz məhvə məruz qalıb. Ekologiyamıza qarşı misli görünməmiş vəhşiliklər törədiblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibənin bitməsindən hələ bir il keçməmiş, müharibə bitəndən dərhal sonra burada yenidənqurma və bərpa işlərinə başlanıldı. Bu işlər miqyasca çox böyükdür. Bu, ilk növbədə cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın nə qədər güclü və qüdrətli ölkə olmasından bir daha xəbər verir. 2021-ci ildə onun rəhbərliyi ilə dövlət büdcəsindən ayrılan 1,3 milyard dollar, yəni, 2,2 milyard manat işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işləri üçün nəzərdə tutulub".

Deputatın fikrincə, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən nəhəng işlər, infastruktur layihələri, müxtəlif təyinatlı nəqliyyat yolların tikintisi, dəmiryol xətlərinin çəkilməsi, bəlkə də dünya tarixində ilk dəfə olaraq 6 ay müddətində Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, elektrik enerjisi təchizatının həyata keçirilməsi, içməli suyun verilməsi, qaz xəttlərinin çəkilməsi - bir sözlə, bütün infrastruktur layihələrinin həyata keçirilməsi təqdirəlayiq haldır:

"Bununla yanaşı, artıq Ağdamın, Şuşanın baş planları təsdiq edilib. Burada yaşayış məntəqələrinin tikintisinə başlanılıb. Evlərin, mənzillərin tikintisinə start verilib. Hazırda Zəngilanın Birinci, İkinci və üçüncü Ağalı kəndlərində ağıllı kənd pilot layihələrinin tikintiləri davam edir. Bir sıra vacib sosial obyektlərin tikintisi, tarixi və dini abidələrin bərpası istiqamətində aparılan işlər çox nəhəng işlərdir. Bütün dünya Azərbaycanın yenidənqurma işlərini çox yüksək qiymətləndirir. Bu nəhəng yenidənqurma işlərinin bu cür sürətlə aparılmasının yeganə məqsədi 30 il ərzində öz doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın öz doğma torpaqlarına sürətlə qayıtmasını təmin etməkdir. Nəzərə alaq ki, bu işlərin daha da sürətli aparılmasının qarşısını Ermənistanın mina xəritələrinin hələ də Azərbaycan tərəfinə verməməsidir. İlk növbədə minaların təmizlənməsi və digər təhlükəsizlik işəri aparılır. Bununla yanaşı, işğaldan azad edilən ərazilərimizdə çox böyük yenidənqurma və bərpa işləri gedir. Bütün bunlar bir daha onu göstərir ki, ölkə prezidenti, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm