Azərbaycan və Türkiyə birgə təlimlərə başlayır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyə birgə təlimlərə başlayır

Türkiyə Silahlı Qüvvələri Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir.

Publika.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün "Qardaş briqada" layihəsi başladılıb: "Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində "Sarsılmaz qardaşlıq-2021" birgə döyüş atışlı taktiki təlimi baş tutacaq. Təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir. Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm