Nida Xəbər
Füzulidə İşğal Muzeyi, Zəfər Parkı və Bayraq meydanı salınacaq
"Möhtərəm Prezident, hörmətli Mehriban xanım, Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. Durduğumuz məkanda, 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər Parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. İcazənizlə kiçik bir film nümayiş etdirmək istərdik".
Publika.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planını Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim edərkən deyib.
"Cənab Prezident, videoda da göründüyü kimi, Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacağına inanırıq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq. Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq. İcazənizlə, abidənin müəllifi Rəşad Mehdiyevi təqdim edim", - komitə sədri vurğulayıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi