Ərdoğan: "İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa zamanda bu yerlərə dönəcəklər”
Bizi izləyin

Nida Xəbər

Ərdoğan: "İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa zamanda bu yerlərə dönəcəklər”

“İnanıram ki, buralardan ayrılmaq məcburiyyətində qalan azərbaycanlı qardaşlarımız üçün buradan müjdəni vermək mümkün olacaq”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngilanda keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa zamanda ayrıldıqları torpaqlara, daha gözəl bir şəkildə inşa və bərpa edilən bu yerlərə dönəcəklər. Buradan qarşımızdakı binaya baxırıq, solumuzdakı binalara baxırıq. Buralar daha gözəl bir şəkildə inşa edilir“, - deyə dövlət başçısı vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm